Qiymətləndirmə meyarları
 
“Müasir məktəbdə elektron tədris resursları” istiqaməti üzrə təqdim edilən layihələrin qiymətləndirmə  meyarları
 
Bu istiqamət üzrə hər bir iş aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
  • təqdim olunan işin təhsil proqramlarına və tədris prosesinin təşkili ilə əlaqədar mövcud olan normativ tələblərə uyğun olması;
  • işin aid olduğu fənni və ya konkret mövzunu əhatə etməsi;
  • milli kurikulum tələblərinə uyğun olması;
  • məzmunun orijinal və yeni olması;
  • digər vacib və əhəmiyyətli məlumatlardan (lüğətlər, testlər, cədvəllər və s.) istifadəliliyinin təmin olunması;
  • materialın hazırlanmasının dəqiq, sistemli, fikir ardıcıllığı və aydın olması;
  • tapşırıqların (çalışmaların) müxtəlif olması;
  • illüstrativ, qrafik, audio, video materialların keyfiyyəti, rənglərin xoş və emosional tələbata cavab verən şəkildə tətbiq olunması;
  • materialdan müstəqil istifadə etmə imkanlarının olunması;
  • istifadə üzrə metodiki tövsiyələrin mövcud olması;
  • bilik və bacarıqların möhkəmləndirilməsi imkanlarının olması;
  • səhvlərin analiz edilməsi imkanının olması;
  • istifadə olunan informasiya mənbələrinin keyfiyyətinin və istifadə edilmiş materiallara keçidlərin olması;
  • interaktivlik və interfeysin rahatlığının təmin olunması;
  • pedaqoji məsələlərin həlli ilə bağlı multimedia komponentlərinin qarşılıqlı əlaqəsinin təmin olunması;
  • veb 2.0 texnologiyalarından istifadə olunması;
  • elektron lövhələrdən istifadə olunması;
  • 1 şagird :1 kompyuter modelinin tədrisə tətbiqinin təmin olunması.
“Təhsildə İnternet texnologiyaları" istiqaməti üzrə  təqdim edilən işlərin qiymətləndirmə meyarları
 
Bu istiqamət üzrə hər bir iş aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
  • təhsil məqsədləri ilə əlaqədar praktiki əhəmiyyətin olması;
  • müsabiqə materiallarının məzmununun təhsil sahəsində müasir tələblərə uyğun olması;
  • pedaqoji ictimaiyyət tərəfindən tələb olunması;
  • ideyanın (materialın) yeni və orijinal olması;
  • hədəf qruplarının özəlliklərinin (yaş, psixoloji, sosial və s.) olması;
  • əlavə vasitələr olmadan istifadə edilmə imkanının olması;
  • materialın stili, savadlılığı və təqdim edilməsinin aydın olması;
  • dərc edilən informasiyanın etibarlılığının təmin olunması;
  • müəlliflərin şəbəkədə qarşılıqlı fəaliyyət mədəniyyətinin olması;
  • texniki keyfiyyətlərin təmin olması;
  • bütünlükdə resurs materiallarının  tam olması;
  • əks əlaqə imkanlarının (şərh imkanı, müəlliflə əlaqə vasitəsi) təmin olunması;
  • resursda interaktivliyin olması;
  • müasir təhsil və informasiya-kommunikasiya texnologiyalarından, metod və alətlərindən istifadə səviyyəsinin olması;
  • resursdakı materialların məzmununun elmliyinin (əsaslığı) təmin olunması;
  • müəllifin öz materialı və alınma materialların həcminin nisbətinin təmin olunması;
  • İnternet layihəsinin nəticələrindən yararlanan hədəf qruplarının geniş olması;
  • informasiyaların dərc edilməsinin çevikli və davamlı olması;
  • informasiyaların (xəbərlərin) təhsildəki cari məsələlərə uyğun olması (peşəkar və əyləncə xarakterli informasiyaların nisbəti);
  • bloqda istifadə olunan multimediya obyektlərinin fərqliliyinin təmin olunması;
  • bloqun bütün ziyarətçiləri üçün məzmunun rəngarəngli və əhəmiyyətli olması;
  • müasir məzmun, metod, təhsil texnologiyaları baxımından məzmunun aktual və əhəmiyyətli olması;
  • ziyarət edilmə, şərh olunma funksiyaları ilə təmin olması;
  • informasiyaların aydın, fərdi və orijinal olması;
  • interaktivlik səviyyəsinin olması;
  • informasiyaların oxunmasının rahat olması.
“Milli elektron tədris resurslarının yaradılması” istiqaməti üzrə təqdim edilən layihələrin qiymətləndirmə meyarları
Bu istiqamət üzrə hər bir iş aşağıdakı meyarlar əsasında qiymətləndirilir:
  • hazırlanan resursların Azərbaycan dilində olması;
  • texniki, məzmun və dizayn-erqonomika göstəricilərinə uyğun olması;
  • məhsulun metodiki dolğunluğunun olması (istifadə olunan metodikaların, nəzarət sisteminin, variantlılıq prinsiplərinə uyğunluğun və s. qiymətləndirilməsi);
  • erqonomikanın və istifadə rahatlığının olması;
  • istifadənin sadə olması;
  • işin aid olduğu fənnin və ya konkret mövzunun əhatə olunması;
  • milli kurikulum tələblərinə uyğun olması;
  • məzmunun orijinal və yeni olması;
  • materialın hazırlanmasında dəqiqlik və sistemlilik, fikir ardıcıllığının olması;
  • tapşırıqların (çalışmaların) müxtəlif olması;
  • illüstrativ və qrafik, audio və video materialların keyfiyyəti, rənglərin xoş  və emosional tələbata cavab verən şəkildə tətbiq olması;
  • materialdan müstəqil istifadə etmək imkanlarının olması;
  • bilik və bacarıqların möhkəmləndirilməsi imkanlarının olması;
  • səhvlərin analiz edilməsi imkanının olması;
  • istifadə olunan informasiya mənbələrinin keyfiyyətli olması;
  • interaktivlik, interfeysin rahat olması.

 

Tags

The list of tags is empty.